Son dəqiqə

İsrail Qəzza zolağı HƏMAS Benyamin Netanyahu

Netanyahu HƏMAS-ı sürgün etmək istəyir

Bakı,TurkicWorld

Netanyahu HƏMAS liderlərini sürgün etmək və Qəzzanın təhlükəsizliyini öz üzərinə götürmək istəyir

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu, Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsinə keçid üçün yeni tələblər irəli sürüb.

Netanyahu müharibənin daimi dayandırılması üçün HƏMAS liderlərinin Qəzzadan sürgün edilməsi, Qəzza zolağının tamamilə silahsızlaşdırılması və İsrailin Qəzza zolağı üzərində təhlükəsizlik nəzarətinin saxlanması şərtlərini irəli sürüb.

HƏMAS İsrail hökumətini, xüsusilə də Netanyahunu, atəşkəsin ikinci mərhələsi üzrə danışıqları gecikdirməkdə günahlandırıb.

Məlumata görə, danışıqlar birinci mərhələnin 16-cı günündə başlamalı idi, lakin Netanyahu müəyyən səbəblərlə prosesi təxirə salıb.

Ekspertlər hesab edirlər ki, Netanyahunun irəli sürdüyü bu yeni tələblər Qəzza üzrə sülh prosesini daha da çətinləşdirə bilər. Beynəlxalq vasitəçilər isə hər iki tərəfi daha çevik mövqedən çıxış etməyə çağırırlar.

Mövzuya görə xəbərlər