Son dəqiqə

ABŞ Elon Mask Donald Tramp

İlon Mask kosmosla bağlı qərarlarda iştirak etməyəcək - Tramp

Bakı, TurkicWorld

ABŞ Prezidenti Donald Tramp, milyarder İlon Maskın ABŞ hökumətinin kosmosla bağlı qərarlarında iştirakına icazə verilməyəcəyini bildirib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, o, bu qərarın maraqların toqquşmasının qarşısını almaq və dövlət xərclərini azaltmaq məqsədilə qəbul edildiyini vurğulayıb.

“Biz Elonun kosmosla bağlı heç bir işdə iştirakına icazə verməyəcəyik,” – deyə Tramp jurnalistlərə açıqlamasında qeyd edib. Ağ Ev isə Maskın federal hökumət xərclərini azaltmaq səylərinə kömək etdiyini, lakin onun hökumət siyasətinə təsir imkanlarının olmadığını bəyan edib.

Ağ Ev Maskın rəsmi dövlət vəzifəsi daşımadığını, lakin Trampın baş məsləhətçisi kimi fəaliyyət göstərdiyini də vurğulayıb. Hökumətin Səmərəliliyi İdarəsi çərçivəsində aparılan islahatlar Maskın da federal agentliklərdəki xərcləri nəzərdən keçirməsini və israfçılığın qarşısını almaq üçün planlar hazırlamasını nəzərdə tutur.

“Elon mənim üçün vətənpərvərdir, siz onu işçi, məsləhətçi və ya başqa adla çağıra bilərsiniz. Amma o, hər şeydən əvvəl vətənpərvərdir.” - deyə Tramp Mask haqqında bildirib.

Mövzuya görə xəbərlər