Son dəqiqə

Kanada təyyarə qəzası

Kanadada sərnişin təyyarəsi eniş zamanı çevrilib

Bakı, TurkicWorld

Kanadanın Ontario əyalətində Delta Air Lines aviaşirkətinə məxsus sərnişin təyyarəsi eniş zamanı çevrilib, nəticədə 18 nəfər yaralanıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, hadisə Toronto Pearson Beynəlxalq Hava Limanında baş verib.

Bombardier CRJ-900 tipli təyyarə Delta 4819 nömrəli reysi həyata keçirən şirkətin törəmə müəssisəsi olan Endeavour Air tərəfindən idarə olunub.

Qəza zamanı ABŞ-ın Minneapolis şəhərindən Toronto şəhərinə uçan təyyarədə 76 sərnişin və 4 ekipaj üzvü olmaqla ümumilikdə 80 nəfər olub, onlardan 18 nəfərin yaralandığı bildirilib.

Hadisə ilə əlaqədar Delta Air Lines Toronto Pearson Beynəlxalq Hava Limanından həyata keçirilməsi planlaşdırılan bir neçə reysi ləğv edib.

Kanada mətbuatı qəza zamanı bölgədə güclü fırtına olduğunu qeyd edib. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Mövzuya görə xəbərlər