Son dəqiqə

İsrail Binyamin Netanyahu

Korrupsiya ilə mühakimə olunan Netanyahu dinləmələrə qatılmayacaq

Bakı, TurkicWorld

Qüds məhkəməsi İsrail baş naziri Benyamin Netanyahunun korrupsiya işi üzrə dinləmələrdə iştirak etməmək üçün etdiyi müraciəti qəbul edib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, yerli qəzetin məlumatına görə, Netanyahu məhkəmədə ifadə verməli idi, lakin təhlükəsizlik səbəbilə iştirak etməyəcəyini bildirib.

Netanyahu məhkəmə dinləmələrinin üç günlük ifadə həftəsinin iki günə endirilməsini tələb etsə də, bu tələbin qəbul edilib-edilmədiyi bilinmir.

Qeyd edək ki, 2019-cu ildə İsrailin baş prokuroru Avichai Mandelblit Netanyahuya qarşı üç korrupsiya işi üzrə rüşvətxorluq və səlahiyyətdən sui-istifadə ittihamları irəli sürüb.

O, iş adamlarından bahalı hədiyyələr almaq, medianı öz xeyrinə yönləndirmək üçün qəzet nəşriyyatı ilə gizli razılaşma və telekommunikasiya şirkətinə güzəştlər qarşılığında müsbət media əhatəsi əldə etmək ilə ittiham olunub.

Həmçinin, Netanyahu 2020-ci ildən bu yana məhkəmə prosesinə cəlb olunub və vəzifədə olarkən mühakimə edilən ilk İsrail baş naziri kimi tarixə düşüb.

Mövzuya görə xəbərlər