Bakı, TurkicWorld
Tayvanın Tayçunq şəhərində yerləşən Şin Konq Mitsukoşi ticarət mərkəzində baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 10 nəfər isə xəstəxanaya yerləşdirilib.
TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, hadisə ticarət mərkəzinin 12-ci mərtəbəsində qeydə alınıb.
Səlahiyyətlilərin açıqlamasına görə, xəstəxanaya yerləşdirilən 10 nəfərdən dördünün həyati əlamətləri müşahidə olunmur.
Hadisə yerinə onlarla yanğınsöndürən cəlb edilib. Partlayış nəticəsində binanın çöl hissəsi zədələnib, dağıntılar isə küçəyə səpələnib. Partlayışın səbəbi hələ müəyyən edilməyib.





