Bakı, TurkicWorld
Kanadanın baş naziri Castin Trudeau partiyasına təzyiqi artırdıqdan və populyarlığı azaldıqdan sonra dünən 10 illik vəzifəsindən istefa verdiyini və partiyası onun varisini seçənə qədər vəzifəsini davam etdirəcəyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, bu addım parlament seçkiləri yaxınlaşdıqca Trudeau son həftələrdə böyük təzyiqlərlə üzləşdikdən sonra atılıb. Populyarlığı son aylarda aşağı düşən və hökuməti bir çox etimadsızlıq təkliflərindən azacıq yayınan Trüdonun əleyhdarları onun istefasını tələb ediblər.
Trudeau Ottavada jurnalistlərə, "Partiya növbəti liderini seçən kimi partiya və hökumətin sədri vəzifəsindən getməyi planlaşdırıram". - deyə bildirib.
Eyni zamanda, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ağ Evə qayıdışı və ABŞ-Kanada ticarət əlaqələrinin gələcəyi ilə bağlı qeyri-müəyyənlik Ottavada əlavə narahatlığa səbəb olub. Deputatlardan birinin keçən ayın ortalarında qəfil istefası da Liberal Partiya daxilində çaşqınlıq yaradıb.