Son dəqiqə

Kanada Castin Trüdo

Kanada baş naziri Castin Trüdo bu həftə istefasını açıqlaya bilər

Bakı, TurkicWorld

Kanadanın baş naziri Castin Trüdo, Liberal Partiya daxilində artan narazılıq səbəbindən bu həftə istefa verə bilər.

TurkicWorld xəbər verir ki, bu barədə Globe and Mail qəzeti üç anonim mənbəyə istinadən xəbər yayıb.

Mənbələrin bildirdiyinə görə, Trüdonun bəyanatı çərşənbə günü keçiriləcək Liberal Milli Partiyasının qurultayından əvvəl elan oluna bilər. Hələlik onun müvəqqəti olaraq vəzifəsini davam etdirib-etdirməyəcəyi bəlli deyil.

Qeyd edək ki, Trüdo 2015-ci ildən baş nazir vəzifəsindədir və Liberal Partiyanı üç seçkidə qalib edib. Lakin son rəy sorğularında o, mühafizəkar lider Pierre Poilievre-dən 20 xal geri qalır.

Mövzuya görə xəbərlər