Son dəqiqə

Gürcüstan

Gürcüstan hakimiyyəti müxalifətin mitinqlərinə mane olmayacaq - Baş nazir

Bakı, TurkicWorld

Gürcüstan hakimiyyəti Tbilisidəki gündəlik etiraz aksiyalarına müdaxilə etməyəcək, çünki müxalifətin "əhalinin dəstəyi yoxdur".

TurkicWorld-in məlumatına görə, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

"Bu aksiyalar hər gün minə qədər insanı cəlb edir. Bu statistika dronların köməyi ilə hesablanıb. Tiflisdəki etirazçılar müxalifət partiyalarının və qeyri-hökumət təşkilatlarının sərvətidir, onlara əhalidən heç bir dəstək yoxdur", - deyə İ.Kobaxidze bildirib.

Eyni zamanda o, hakimiyyətin mitinqlərin keçirilməsinə qarışmayacağını vurğulayıb.

Mövzuya görə xəbərlər