Bakı, TurkicWorld
KLM aviaşirkətinin Oslo-Amsterdam reysini yerinə yetirən "Boeing 737" təyyarəsi texniki nasazlıq səbəbindən Norveçin cənubunda təcili eniş edib.
TurkicWorld bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Norveç polisinin məlumatına görə, Oslo şəhərindən saat 18:55-də havaya qalxan təyyarə yerli vaxtla 19:14-də Sandefyord hava limanında uğurla eniş edib. Göyərtədə olan 182 nəfər, o cümlədən ekipaj üzvləri xəsarət almayıb.
Yerli KİV-in məlumatına əsasən, sərnişinlər və ekipaj üzvləri havaya qalxdıqdan dərhal sonra yüksək səs eşidiblər. Daha sonra pilotlar sol mühərrikdən tüstü çıxdığını müşahidə ediblər. Təyyarə yerə endikdən sonra idarəetməni itirib, uçuş-enmə zolağından kənara çıxaraq otlu sahədə dayanıb. Hadisə nəticəsində heç kim xəsarət almayıb və fövqəladə xidmətlərin operativ müdaxiləsi bütün iştirakçıların təhlükəsizliyini təmin edib.