Bakı. TurkicWorld:
Norveç Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə təxminən 10 milyon dollar əlavə yardım edəcəyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, bu barədə Beynəlxalq İnkişaf Naziri Anne Beathe Tvinnereim deyib.
“UNRWA Qəzzada humanitar fəaliyyətlərin əsasını təşkil edir. İsrailin irəli sürdüyü ittihamlara görə Agentlik maliyyə sıxıntısı yaşayır.” – deyə Tvinnereim bildirib.
Tvinnereim UNRWA əməkdaşlarına, məktəblərə və xəstəxanalara hər gün hücum edildiyini və Agentliyin Fələstində fəaliyyət göstərməsinin getdikcə çətinləşdiyini qeyd edib.
Xatırladaq ki, Norveç mayın 28-də Fələstin dövlətini rəsmən tanıdığını elan edib.
Hafiz Rufizoğlu