Bakı, TurkicWorld
Norveç 2019-cu ildən Türkiyəyə tətbiq etdiyi müdafiə sənayesi embarqosunu ləğv etmək qərarına gəlib.
TurkicWorld xəbər verir ki, Norveçin aldığı yeni qərar Türkiyə xarici işlər naziri Hakan Fidan ilə Norveçin xarici işlər naziri Espen Barth Eide arasında bu gün baş tutan telefon danışığından sonra açıqlanıb.
Bildirilib ki, görüş zamanı nazir Eide nazir Fidana ölkələrinin 2019-cu ildə Türkiyəyə qarşı tətbiq etdiyi müdafiə sənayesi məhdudiyyətlərini aradan qaldırdığını çatdırıb.
Sözügedən qərardan məmnun olduğunu bildirən xarici işlər naziri Hakan Fidan bu cür məhdudiyyətlərin müttəfiqlik ruhuna uyğun olmadığını bildirərək, qərarı təbrik edib.
Məlumat üçün qeyd edək ki, Avropa İttifaqı (Aİ) dövlətlərinin Türkiyəyə qarşı tətbiq etdiyi silah embarqoları “Barış Pınarı” (BPH) əməliyyatının başlaması ilə ortaya çıxıb.
Türkiyənin Suriyanın şimalında başlatdığı BPH ilk dəfə Fransanın əməliyyatı tənqid etməsi ilə hədəfə çevrilib. Daha sonra Finlandiya və Norveç Türkiyəyə heç bir silah və ya texnologiya transferinin olmayacağını rəsmən elan ediblər.
BPH davam edərkən, Çexiya, İtaliya, İspaniya, Belçika, Kanada, Hollandiya və Böyük Britaniya kimi ölkələr Türkiyəyə qarşı oxşar addımlar atıb.
Bu nöqtədə Türkiyəyə tətbiq edilən silah və müdafiə sənayesi embarqolarının çoxu aradan qaldırılıb və Türkiyənin Avropa Birliyi ölkələri ilə hərbi əməkdaşlığı inkişaf etməkdə davam edir.
Hafiz Rufizoğlu