Son dəqiqə

Suriya

Tartusda keçmiş ordu zabitini həbs etmə qarşıdurmasında 17 nəfər ölüb

Bakı, TurkicWorld

Suriyanın Tartus bölgəsində keçmiş rejimin yüksək rütbəli zabitini həbs etməyə cəhd zamanı baş verən qarşıdurmada azı 17 nəfər həlak olub.

TurkicWorld xəbər verir ki,Suriya Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, qarşıdurmalar zamanı 14 təhlükəsizlik əməkdaşı öldürülüb, 10 nəfər isə yaralanıb. Ölənlərin ümumi sayı hər iki tərəfdən 17 nəfər olub.

Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) Tartus əyalətində təhlükəsizlik qüvvələrinin keçmiş zabiti həbs etmək cəhdindən sonra baş verən toqquşmalarda 9 nəfərin öldüyünü bildirib. Ölənlər arasında təhlükəsizlik qüvvələrinin keçmiş üzvləri və silahlı şəxslər də var.

Hadisələr Khirbet əl-Mezze kəndində baş verib. SOHR-in məlumatına görə, axtarış zamanı kənd sakinləri və keçmiş zabitin tərəfdarları təhlükəsizlik qüvvələrinə qarşı silahlı müqavimət göstəriblər. Kəndin sakinləri təhlükəsizlik qüvvələrini bölgədən çıxararaq patrul maşınlarına hücum edib. Nəticədə təhlükəsizlik qüvvələrinin 6 əməkdaşı ölüb, bir neçəsi yaralanıb.

Qeyd edək ki, keçmiş rejimin zabiti Sednaya həbsxanasında törədilən cinayətlərdə və minlərlə məhbusa ölüm hökmü verilməsində ittiham edilir. SOHR-in məlumatına görə, təhlükəsizlik qüvvələri kəndi mühasirəyə alaraq bir neçə sakini saxlayıb.

Toqquşmaların səbəbləri və nəticələri ilə bağlı araşdırmalar davam edir.

Mövzuya görə xəbərlər