Son dəqiqə

Qəzza zolağı Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ)

Bu il öldürülən jurnalistlərin çoxu Qəzzadandır - Beynəlxalq Jurnalistlər Federasiyası

Bakı, TurkicWorld

Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) 2024-cü ildə dünyada 104 jurnalist və media işçisinin öldürüldüyünü və onların yarısından çoxunun İsrailin hücumlarının davam etdiyi Qəzzada həyatını itirdiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, IFJ-nin Brüsseldə yerləşən mərkəzi tərəfindən yayımlanan hesabatda Qəzzanın jurnalistlər üçün "ən təhlükəli yerlərdən biri" olduğu qeyd edilib.

Bu il ümumilikdə 55 jurnalist ölümü hadisəsi qeydə alınıb.

Yanvarın 1-dən bəri dünya üzrə 104 media işçisi, o cümlədən 12 qadın jurnalist öldürülüb ki, bu da IFJ-nin öldürülən jurnalistlərin siyahısını dərc etməyə başladığı 1990-cı ildən bəri "ən ölümcül ikinci il" kimi qiymətləndirilib.

Hesabatda vurğulanıb ki, ən çox ölüm Yaxın Şərqdə qeydə alınıb və burada indiyədək 66 media işçisi həyatını itirib. İsrailin hücumlarının davam etdiyi Qəzza və Livanda 55 fələstinli, 6 livanlı və 1 suriyalı jurnalistin öldürüldüyü, bu rəqəmlərin Qəzzanı müasir jurnalistika tarixində İraq, Filippin və Meksikadan sonra ən təhlükəli yerlərdən birinə çevirdiyi bildirilib.

IFJ-in baş katibi Entoni Bellanger mətbuat azadlığına qarşı artan qlobal təhlükələri vurğulayaraq, jurnalistləri qorumaq üçün Birləşmiş Millətləri məcburi konvensiya qəbul etməyə çağırıb. O, açıqlamasında bildirib ki, bu dəhşətli rəqəmlər jurnalistikanın nə qədər riskli və təhlükəli bir peşə olduğunu göstərir və avtoritar rejimlərin artdığı bir dünyada ictimaiyyətin informasiya əldə etmək hüququnun daha çox müdafiə tələb etdiyini ifadə edib.

Mövzuya görə xəbərlər