Bakı. TurkicWorld:
Hizbullah sözçüsü Məhəmməd Afif bazar günü İsrailin Beyrutun mərkəzində Suriya Baas partiyasının Livan qoluna endirdiyi zərbə nəticəsində öldürülüb.
TurkicWorld Arab.AZ-a istinadən xəbər verir ki,xəbəri Hizullah rəsmiləri də təsdiqləyib, lakin İsrail orusu bununla bağlə şərh verməyib.
Digər tərəfdən Livanın səhiyyə nazirliyi zərbənin bir nəfərin öldüyünü, üç nəfərin isə yaralandığını bildirib və əlavə edib ki, itkilərin artacağı istisna edilmir.
Qeyd edək ki, Afif illərdir Hizbullahın media əlaqələrinə cavabdeh olub və anonimlik altında yerli və xarici jurnalistlərə məlumat verib.
Sentyabrın sonunda Hizbullahın lideri Həsən Nəsrullahın öldürülməsindən sonra,Afif Beyrutun cənub ətraflarında bir neçə mətbuat konfransı keçirmişdi.
Afifin son açıqlaması, keçən ay Hizbullahın İsrailin baş naziri Binyamin Netanyahunun iqamətgahını hədəf almasında sonra olub.