Son dəqiqə

Gürcüstan Salome Zurabişvili

Gürcüstan prezidenti parlament seçkilərini tanımaqdan imtina edib

Bakı. TurkicWorld:

Gürcüstan prezidenti Salome Zurabişvili parlament seçkilərini tanımaqdan imtina edib.

TurkicWorld xəbər verir ki, Zurabişvili ölkə sakinlərini bazar ertəsi Tbilisidə parlament binası qarşısında parlament seçkilərinin nəticələrinə etiraz etməyə çağırıb.

“Sabah axşam saat 7-də (Bakı vaxtı ilə saat 19:00) hamınızı Rustaveli prospektinə dəvət etmək istəyirəm ki, biz birlikdə dünyaya və özümüzə bu seçkiləri tanımadığımızı bəyan edək”, - deyə o bildirib.

Qeyd edək ki, parlament seçkilərində “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası 53,93 faiz (1 118 796 səs) səs ilə liderdir.

MSK-dan bildirilib ki, 3111 seçki məntəqəsindən 3109-nun nəticələrinə baxılıb, bu da bütün məntəqələrin 99,936 faizini təşkil edir.

“Dəyişiklik naminə” koalisiyası (Qvaramiya, Melia, “Qirçi - daha çox azadlıq”, “Droa!”) 11,03% (228 821 səs), “Birlik - Milli Hərəkat” koalisiyası - 10,161% (210 787 səs), “Güclü Gürcüstan” koalisiyası (“Lelo”, “Xalq naminə”, “Azadlıq meydanı”) – 8,814% (182 839 səs), “Gürcüstan üçün Qaxariya” partiyası – 7,771% (161 215 səs) səs toplayıblar.

Mövzuya görə xəbərlər