Son dəqiqə

Gürcüstan Tbilisi

Tbilisidə etiraz aksiyalarında saxlanılanların 30 faizi xarici ölkə vətəndaşlarıdır

Bakı. TurkicWorld

Tbilisidə keçirilən etiraz aksiyalarında saxlanılanların 30 faizi xarici ölkələrin vətəndaşlarıdır.

TurkicWorld xəbər verir ki, bu barədə “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının icraçı katibi Mamuka Mdinaradze bu gün keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, təkcə bir gecədə saxlanılan 10 nəfərdən 8-i xarici ölkə vətəndaşlarıdır. Saxlanılanlar arasında Rusiya, ABŞ, Böyük Britaniya və Niderland vətəndaşları var.

M.Mdinaradze deyib: “Ən radikal etirazçılar arasında xarici vətəndaşlardan əlavə, keçmiş Baş nazir Giorgi Qaxariyanın “Gürcüstan üçün” və “Birləşmiş Milli Hərəkat” partiyasının fəalları da olub”.

Mövzuya görə xəbərlər