Prezident İlham Əliyev

Prezident İlham Əliyev investisiyaların dövlət tərəfindən alınmasının yeni əsaslarını təsdiqləyib

BAKI, TurkicWorld

Azərbaycanda investisiyanın dövlət tərəfindən alınmasının yeni əsasları təsdiqlənib.

TurkicWorld xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "İnvestisiya fəaliyyəti haqqında" qanuna edilən dəyişikliyi təsdiqləyib.

Dəyişikliyə əsasən, strateji əhəmiyyətə malik investisiyalar Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycanın milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə dövlət tərəfindən alınacaq.

Beləliklə, strateji əhəmiyyətə malik olan investisiyaların Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycanın milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə dövlət tərəfindən alınmasının hüquqi əsasını formalaşdırılıb. Həmin məqsəd üçün investisiyaların alınması ümumi qaydada, yəni investisiyaların dövlət tərəfindən alınması əvəzində investorlara kompensasiya ödənilməklə həyata keçiriləcək.

Həmçinin qeyd olunan məqsəd üçün strateji əhəmiyyətə malik olan investisiyaların dövlət tərəfindən alınması Azərbaycan qanunları ilə həyata keçiriləcək.

Mövzuya görə xəbərlər