BAKI,TurkicWorld
Ermənistanla Azərbaycan arasında ticarət dövriyyəsinin qurulmasına şadam.
TurkicWorld Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
"Görünən odur ki, iqtisadi gündəlik siyasi gündəliyi üstələyir və bu yaxşı haldır, çünki siyasi proqramlar iqtisadi məqsədlərə xidmət edir. Avqustun 8-də baş verən hadisələr isə iqtisadi əməkdaşlıq üçün kifayət qədər geniş imkanlar açdı və mən şadam ki, Ermənistan və Azərbaycan arasında artıq ticarət dövriyyəsi formalaşmağa başlayır. Ümid edirəm ki, imkan daxilində yaxın zamanda biz təkcə Azərbaycandan mallar idxal etməyəcəyik, həm də Ermənistandan Azərbaycana mallar ixrac edəcəyik",- deyə Ermənistanın Baş naziri bildirib.
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla iqtisadi əməkdaşlığın daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Xatırladaq ki, avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə Bəyannamə imzalayıblar.
Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş" layihəsini paraflayıblar. Ermənistan" və Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesinin bağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişə üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. Onlar Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini (ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə) imzalayıblar.







