Bakı, TurkicWorld
İmpiçment rəmzi əhəmiyyətə malikdir, çünki onsuz da Salome Zurabişvilinin səlahiyyət müddəti dekabrın sonunda başa çatır. İmpiçment onun səlahiyyətlərinin bir ay əvvəl dayandırılmasını nəzərdə tutur
TurkicWorld Gürcüstanın "Birinci Kanalı"na istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.
Hökumət başçısı qeyd edib ki, impiçment proseduru noyabrın sonunda həyata keçiriləcək və mahiyyətcə rəmzi əhəmiyyətə malikdir.
"Praktiki baxımdan konstitusiyanı pozan və satqın insan prezident vəzifəsini belə tərk edə bilməməlidir.
Ona öz adı qoyulmalıdır və bu impiçmentlə o, satqın "prezident" adlandırılacaq. Bizdə parlament idarəçiliyidir. Salome Zurabişvili çox şeyi korlaya bilməz.
Müvafiq olaraq, impiçment yalnız rəmzi əhəmiyyətə malikdir. Konstitusiyanı pozan və satqın insan impiçment qaydası ilə vəzifəsini tərk etməlidir", – Kobaxidze bildirib.