Bakı, TurkicWorld
Qətər Dövləti Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Nyu Yorkdakı mənzil-qərargahında keçirilən seçkilərdə 167 ölkənin dəstəyi ilə 2025-2027-ci illər üçün Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasına üzvlüyünü qazanıb.
TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, Qətər Dövlətinin Birləşmiş Millətlər Təşkilatındakı Daimi Nümayəndəsi Şeyxa Alya Əhməd bin Saif Al Tani Qətərin səsvermə ilə qürur duyduğunu ifadə edib.
O, əlavə edib ki, bu qələbə Qətərin ədalət, bərabərlik və insan hüquqları dəyərlərinin təşviqi istiqamətində davamlı səylərinin kulminasiyasıdır və onun İnsan Hüquqları Şurasındakı konstruktiv roluna inamı əks etdirir.
Onun sözlərinə görə, Qətər bu qələbə ilə müxtəlif insan hüquqları sahələrində irəliləyiş əldə etmək, qlobal çağırışlara effektiv həll yolları tapmaq üçün dialoqu və əməkdaşlığı artırmaq üçün bütün üzv dövlətlərlə işləməyə davam etmək öhdəliyini təsdiqləyir.
O vurğulayıb ki, Qətər insan hüquqlarının müdafiəsi, həssas qrupların müdafiəsi və insan ləyaqətinin yüksəldilməsinə yönəlmiş bütün səyləri dəstəkləmək sahəsində qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün çalışacaq.
Bəyanatın sonunda Şeyxa Alya Qətərin namizədliyini dəstəkləyən ölkələrə səmimi təşəkkürünü bildirib, Qətərin insan hüquqlarının əsas prinsiplərinə sadiq tərəfdaş olaraq qalacağını və bu prinsiplərin bütün dünyada təbliği üçün çox çalışacağını vurğulayıb.