Bakı, TurkicWorld
İsrailin Livana qarşı bir həftədən çox davam edən bombardmanları, BMT Sülh Qüvvələrini də hədəf alıb.
TurkicWorld xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin Livanın cənubunda BMT Sülh Qüvvələrinə atəş açdığını və iki əsgərin yaralandığını açıqlayıb.
İsrailin tank atəşi ilə BMT-nin gözətçi qülləsinə hücum etdiyi və nəticədə iki əsgərin qüllədən yıxılaraq yüngül yaralandığı bildirilib.
Qeyd edək ki, son 24 saat ərzində İsrail tərəfindən BMT Sülh Qüvvələrinə qarşı üç hücum həyata keçirilib, bunlardan ikisi yüngül silahlarla olub, lakin xəsarət alan olmayıb.
BMT-nin məlumatına görə, İsrail və Hizbullah arasında davam edən qarşıdurmalar nəticəsində BMT Sülh Qüvvələrinin qərargahı və digər mövqeləri də dəfələrlə vurulub.