Son dəqiqə

Livan

Livanda 600 mindən çox insan humanitar fəlakətin astanasındadır

Bakı, TurkicWorld

Birləşmiş Millətlər Təşkilatının rəsmilərinin xəbərdarlığına görə, Livan “fəlakətli” humanitar böhranla üz-üzədir və məcburi köçkünlərin sayı 600 min nəfərə çatır.

TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, BMT Livan üzrə Xüsusi Koordinatoru Jeanine Hennis-Plasschaert mətbuat brifinqində deyib ki, Livan münaqişə və fəlakətli nisbətdə humanitar böhranla üz-üzədir.

“İsrailin tez bir zamanda çoxsaylı çağırışlara qulaq asaraq, eskalasiyanı dayandıracağına ümid edirik.Hətta müharibələrin də qaydaları var”deyə o bildirib.

Buna cavab olaraq, İsrailin BMT-dəki səfiri Denni Danon ölkəsinin Livanda mülki insanları hədəf almadığını deyib.
Rəsmi rəqəmlərə əsaslanan hesablamalarına görə, İsrail sentyabrın 23-dən Livandakı Hizbullah istehkamlarına hava zərbələrini intensivləşdirib, nəticədə 2 mindən-dan çox insan həlak olub və bir milyondan çox insan qaçmağa məcbur olub.

Mövzuya görə xəbərlər