Son dəqiqə

Livan

Hizbullah iddia edir ki, “Qalib gəldi”

Bakı, TurkicWorld

İranın sıravı livanlıların qanı və canı bahasına dəstəklədəyi Hizbullah qruplaşması hesab edir ki, atəşkəs qüvvəyə mindikdən və minlərlə məcburi köçkün öz qəsəbə və kəndlərinə, xüsusən də Livanın cənubuna qayıtdıqdan sonra İsrail üzərində “qələbə” əldə edib.

TurkicWorld ArabAz-a istinadən xəbər verir ki, təşkilat öz tərəfdarlarına xitabən bəyanat yayaraq, “Qələbə, qürur və gücdür və o yalnız Uca Allahdandır” ifadəsini işlədib. Hizbullah eyni zamanda döyüşçülərinin “İsrail düşməninin ambisiyaları və hücumları ilə mübarizə aparmağa tam hazır olacağını və düşməni hər yerdə izləyəcəyin”- bildirib

Qeyd edək ki, tərəflər arasında atəşkəsin qüvvəyə minməsi ilə cənub və Bekaa əhalisi kəndlərinə qayıtmağa başladı.

Livan Ordusu İsraillə atəşkəs razılaşmasından sonra Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvəsi (UNIFIL) ilə koordinasiya əsasında Zolaqda yerləşdirilməsini gücləndirməyə başlamaq üçün Cənubi Litani zolağına hərbi hissələri köçürməyə başladığını elan edib.

Ordunun bəyanatında deyilir ki, bu, “Livan hökumətinin Təhlükəsizlik Şurasının bütün müddəalarında verdiyi (1701) Qətnaməni yerinə yetirmək öhdəliyinə sadiqdir”

Mövzuya görə xəbərlər