Son dəqiqə

İsrail Livan

Livan və İsrail arasında atəşkəs razılaşması qüvvəyə minib

Bakı, TurkicWorld

Livan və İsrail arasında atəşkəs razılaşması ABŞ və Fransa tərəfindən irəli sürülən təşəbbüsə uyğun olaraq yerli vaxtla saat 04:00-da qüvvəyə minib.

TurkicWorld xəbər verir ki, bu barədə "Əl Nahar" qəzeti məlumat yayıb.

Razılaşmaya əsasən, Livan ordusu BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) dəstəyi ilə ölkənin cənub sərhədi boyunca mərhələli şəkildə yerləşdiriləcək. Paralel olaraq, İsrail ordusu da öz qoşunlarını tədricən Livanın cənubundan çıxaracaq.

Müqaviləyə əsasən, Livan hökuməti qeyri-qanuni silahlı qrupların fəaliyyətinə və onlara qaçaqmalçılıq yolu ilə silah tədarükünə son qoymağı öhdəsinə götürüb. Bununla yanaşı, silah və sursat istehsalı ilə məşğul olan qanunsuz obyektlər ləğv ediləcək, silah ehtiyatları isə müsadirə ediləcək.

Mövzuya görə xəbərlər