Son dəqiqə

Milli Məclis

Milli Məclisin və onun aparatının saxlanılması üçün nəzərdə tutulan vəsait açıqlandı

Bakı, TurkicWorld

2025-ci ilin dövlət büdcəsində Milli Məclisin və onun aparatının saxlanılması üçün 51 851 447 manat vəsait nəzərdə tutulub.

TurkicWorld xəbər verir ki, bunu Milli Məclisin İşlər idarəsinin müdiri Firudin Hacıyev parlamentin 2025-ci il üçün xərclər smetası haqqında qərar layihəsini təqdim edərkən deyib.

O bildirib ki, xərclər smetasının ümumi dəyərinin 76,22 faizini əməkhaqqı fondu və bununla əlaqədar ayırmalar təşkil edir:

"Milli Məclisin deputatlarının, aparatın və işlər idarəsinin əməkdaşlarının xidməti otaqları kompüter dəstləri və tələb olunan digər ləvazimatlarla təmin edilib.

2024-cü ilin xərclər smetasında nəzərdə tutulmuş vəsait hesabına Milli Məclisin deputatlarının işinin səmərəli təşkil etmək məqsədilə 2009-cu illərdə plenar iclas salonunda quraşdırılmış kompüterlər yeni tipli planşetlərlə əvəzlənib.

Bundan başqa, Milli Məclisin avtoparkında maddi texniki bazanın yaxşılaşdırılması məqsədilə müxtəlif növ avtomobil alınaraq istismara verilib".

Mövzuya görə xəbərlər