Bakı, TurkicWorld
ABŞ və Fransa dünən İsrail və Hizbullah arasında atəşkəsin tezliklə əldə ediləcəyinə dair nikbinliyini ifadə ediblər.
TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, Ağ Evdən verilən açıqlamada, Livan və İsrail arasında atəşkəsə nail olmaq üçün ABŞ administrasiyasının apardığı danışıqların müsbət olduğu və atəşkəs istiqamətində irəliləyişin əldə edildiyi bildirilib.
Bu açıqlamadan qısa müddət sonra yüksək səviyyəli Livan mənbələri ABŞ prezidenti Co Bayden və Fransa prezidenti Emmanuel Makronun 36 saat ərzində İsrail və Hizbullah arasında atəşkəs elan edəcəyinin gözlənildiyini bildirib.
“Biz razılığa yaxınıq. Trend müsbətdir və düzgün istiqamətdə hərəkət edir. Lakin proses hələ tamamlanmayıb.”-deyə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.