Bakı. TurkicWorld
İranın İsrailə raket hücumu başa çatıb, lakin İsrail cavab verərsə, yeni hücum daha güclü və daha sarsıdıcı olacaq.
TurkicWorld xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Qeyd edək ki, dünən İran tərəfi İsrail ərazisinə onlarla raket buraxıb. Raket hücumunun nəticələri barədə hələki rəsmi məlumat yoxdur.