Son dəqiqə

Hizbullah Həsən Nəsrullah

Hizbullah Nəsrullahın öldüyünü təsdiqlədi

Bakı. TurkicWorld

Livan "Hizbullah"ı Şeyx Həsən Nəsrullahın ötən gün İsrailin hücumu nəticəsində öldüyünü təsdiqləyib.

TurkicWorld-un məlumatına görə, bununla əlaqədar Livan "Hizbullah" Təşkilatı bəyanat yayıb.

Livan "Hizbullah" Təşkilatı bəyanatda Livanın Cənubi Dahiyə yaşayış massivlərinə hücumu qınayıb.

Qeyd edək ki, İsrail Müdafiə Ordusu və İsrail Təhlükəsizlik Orqanları bundan öncə bildiriblər ki, İsrail hava qüvvələrinin (İAF) döyüş təyyarələri Beyrutun Dahiyə bölgəsində yaşayış binasının altında yerləşən "Hizbullah" təşkilatının Mərkəzi Qərargahına hədəfli zərbə endirib. Zərbə nəticəsində "Hizbullah" təşkilatının lideri Həsən Nəsrullah və təşkilatın digər komandirləri həlak olublar.

Mövzuya görə xəbərlər