Son dəqiqə

Həsən Nəsrullah

"Hizbullah"ın lideri öldürüldü

Bakı, TurkicWorld

Hizbullah təşkilatının lideri və onun qurucularından biri olan Həsən Nəsrullah öldürülüb.

TurkicWorld xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu (İDF) və İsrail Təhlükəsizlik Orqanları məlumat yayıb.

"İsrail hava qüvvələrinin (İAF) döyüş təyyarələri Beyrutun Dahiya bölgəsində yaşayış binasının altında yerləşən "Hizbullah" təşkilatının Mərkəzi Qərargahına hədəfli zərbə endirib. Zərbə nəticəsində "Hizbullah" təşkilatının lideri Həsən Nəsrullah və təşkilatın digər komandirləri həlak olublar", - İsrail Müdafiə Ordusu (İDF) açıqlayıb.

Qeyd olunub ki, Həsən Nəsrullahın başçılıq etdiyi "Hizbullah" təşkilatı İsrail dövlətinə qarşı müharibəyə qoşulub.

Mövzuya görə xəbərlər