Son dəqiqə

Liviya

Liviya öz ərazisində terrorla mübarizə üçün beynəlxalq mərkəz yaratmaq istəyir

Bakı. TurkicWorld:

Liviya öz ərazisində təhlükəsizlik mərkəzi yaratmaq niyyətindədir və bunun əsas məqsədi terrorizmlə mübarizə olacaq.

TurkicWorld-un məlumatına görə, bu barədə Liviya Prezident Şurasının sədri Məhəmməd əl-Menfi BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi siyasi müzakirəsində çıxışı zamanı deyib.

"Terrorla mübarizə Liviya və ona qonşu olan Afrika dövlətlərinin əsas vəzifələrindən biridir", - deyə o qeyd edib. O əlavə edib ki, ölkəsi "ekstremizmə və terrorizmə qarşı mübarizə üçün beynəlxalq təhlükəsizlik mərkəzi yaratmağa çalışır".

Mövzuya görə xəbərlər