Son dəqiqə

Co Bayden

Bayden sentyabrın 24-də BMT Baş Assambleyasında çıxış edəcək

Bakı. TurkicWorld:

ABŞ prezidenti Co Bayden sentyabrın 24-də BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində çıxış edəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Ağ ev tərəfindən yayılan açıqlamada bildirilib.

Məlumata əsasən, C.Bayden 23-25 ​​sentyabr tarixlərində BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsində iştirak etmək üçün Nyu-Yorka gedəcək:

"Sentyabrın 24-də Baş Assambleyadakı çıxışından əlavə, prezident Bayden beynəlxalq sülh və təhlükəsizliyə təhdidlərlə mübarizə, qlobal rifahı təşviq etmək və insan haqlarını qorumaq ilə bağlı əməkdaşlığı müzakirə etmək üçün dünya liderləri ilə görüşəcək".

Mövzuya görə xəbərlər