Son dəqiqə

Fələstin ABŞ Co Bayden Kamala Harris

Demokrat Partiyasının qurultayı Qəzza yürüyüşü ilə yadda qalıb

Bakı, TurkicWorld

ABŞ-də Demokrat Partiyasının Konqres keçirəcəyi şəhərdə Fələstinə dəstək yürüyüşü keçirilib.

TurkicWorld xəbər verir ki,prezident seçkiləri ilə əlaqədər ABŞ-də Demokrat Partiya Konqresinin keçirildiyi Çikaqo şəhərində Fələstinə dəstək yürüyüşü keçirilib.

ABŞ prezidenti Co Bayden də daxil olmaqla tanınmış siyasətçilərin çıxış edəcəyi Konqresin ilk günündə minlərlə etirazçı Fələstinə dəstək yürüyüşü keçirib.

Qurultayın keçirildiyi United Center adlı mərkəzə yaxın ərazidə Fələstin dəstəkçisi qurupların və qeyri hökümət təşkilatlarının birgə təşkil etdiyi “March on the DNC” adlı koalisiya Fələstinə dəstək mesajları ilə yanaşı fərqli sosial tələbləri də dilə gətirib.

Amerika mediasında geniş yer alan aksiyada minlərlə insan “Qəzzada soyqırımı dayandırın”, “Soyqırımçı Co”, “Fələstini azad edin” kimi şüarlar səsləndirib.

Etirazçılar əllərində pankart tutaraq “ABŞ İsrailə yardım etməsin” başlıqlı mesajlar veriblər.

Nümayişçilərin ABŞ prezidenti Co Baydenin çıxışına qədər meydanda qalacaqları və nümayişlərini davam etdirəcəkləri bildirilib.

Yürüyüşdə yəhudi aktivistlərdə iştirak edib.

“Sülh üçün Yəhudi Səsi” adlı qrupun nümayəndəsi Benjamin Amerikadakı insanlar kimi Qəzzadaki insanların da təhlükəsiz yaşamaq haqqının olduğunu deyib.

“Amerikadakı korrupsioner liderlərimiz çoxu qadın və uşaq olmaqla 40 mindən çox insanın ölümünə səbəb olan soyqırımı maliyyələşdirir.Bunu bizim vergilərimizlə edir” – deyən Benjamin Baydeni Çikaqoda toplaşan insanları dinləməyə çağırıb.

Con adlı amerikalı aktivist Qəzzada baş verənləri “siyasətdən kənar” adlandırıb.

Con əlavə olaraq “Qəzzada baş verənlərə reaksiya vermək üçün insan olmaq kifayətdir” deyib.

Linda adlı nümayişçi, Baydenin Qəzza məsələsində İsraili müdafiə etdiyini və Kamala Harrisin qalib gələcəyi təqdirdə fərqli bir şey etməyəcəyini deyib.

Anita adlı gənc aktivist isə Qəzzada olduğu kimi Yəməndə də humanitar böhranın və blokadanın olduğunu bildirib.

Mövzuya görə xəbərlər