Bakı, TurkicWorld
Fransa Prezidenti Emmanuel Makron Fransanın Avropa İttifaqı komissarı vəzifəsinə Thierry Bretonun yerinə xarici işlər naziri Stefan Sejurneni təyin edib.
TurkicWorld xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Qeyd edək ki, Fransanın Avropa İttifaqı komissarı Thierry Breton bu gün istefa verdiyini açıqlayıb.
"Bretonun vəzifədən ayrılması və Sejurnenin təyini Avropadakı siyasi dinamikanın və Fransanın Avropa İttifaqındakı rolunun dəyişə biləcəyinə işarə edir", - məlumatda bildirilir.