Bakı, TurkicWorld
Amerika qitəsində yayılan və bu ilin əvvəlindən iki nəfərin ölümünə səbəb olan Oropuche virusuna yoluxma hallarının artması ilə bağlı ABŞ xəbərdarlıq edib.
AzerVoice xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) məlumat verib.
CDC-nin məlumatına əsasən, 2024-cü ilin yanvarından avqust ayına qədər 8000-dən çox xəstəlik hadisəsi qeydə alınıb, bunlardan iki ölüm halı və hamiləlik zamanı virusun anadan dölə ötürülməsi ilə bağlı beş hadisə müşahidə edilib.
Hazırda virusun qarşısını almaq üçün xüsusi müalicə üsulu və ya peyvənd yoxdur.
Virusun yayılmasının qeydə alındığı ölkələr arasında Boliviya, Braziliya, Kolumbiya, Kuba və Peru var. Bundan əlavə, ABŞ və Avropada Kuba və Braziliyadan qayıdan səyahətçilərdə səyahətə bağlı virus halları da aşkarlanıb. CDC, bu ərazilərə səyahət edən və uyğun simptomları olan şəxslərə mütləq virus testindən keçmələrini tövsiyə edir.
CDC, ABŞ-da sınaq və nəzarət səyləri artdıqca digər ölkələrdə də yeni hadisələrin ortaya çıxacağını gözləyir.