Son dəqiqə

İran İraq

İraq və İran sərhədində güclü partlayış və yanğın baş verib

Bakı, TurkicWorld

İraq və İran arasındakı Pərvizxan sərhəd keçid məntəqəsində yanğın baş verib.

TurkicWorld xarici KİV-lərə istinadən xəbər verir ki, yanğın yaxınlıqda olan yanacaq daşıyan tankerlərə sıçrayıb. Yananacaq tankerləri partlayıb və 11 yanacaq tankeri yararsız hala düşüb.

Məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadası göndərilib.

Mövzuya görə xəbərlər