Son dəqiqə

ABŞ hərbi təlimlər Cənubi Koreya

Cənubi Koreya və ABŞ təlimlərə başlayıb

Bakı, TurkicWorld

Cənubi Koreya və ABŞ "Ulchi Freedom Shield" proqramı çərçivəsində canlı sursatlardan istifadə etməklə 3 günlük hava təliminə başlayıblar.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələri açıqlama yayıb.

Məlumata görə, birgə hava təlimində "F-35A" və "F-15K" da daxil olmaqla, 60-a yaxın hərbi təyyarə iştirak edir.

Bildirilir ki, Şimali Koreyanın eyni vaxtda quru və hava təxribatlarına cavab prosedurlarını araşdırmaq məqsədilə təşkil edilən təlim çərçivəsində hərbi təyyarələrin atdığı raketlərlə havadakı hədəfləri zərərsizləşdirməsi planlaşdırılır.

Xatırladaq ki, Cənubi Koreya və ABŞ Şimali Koreyanın artan hərbi təhdidlərinə qarşı birgə müdafiə hazırlıqlarını gücləndirmək üçün avqustun 19-da "Ulchi Freedom Shield" ("Ulchi Azadlıq Qalxanı") təliminə başlayıb. İki ölkə arasında 11 günlük təlim avqustun 29-da başa çatacaq.

Mövzuya görə xəbərlər