Bakı, TurkicWorld
ABŞ dövlət katibi Antoni Blinken BMT-nin baş katibi Antonio Quterreşlə telefonla Venesueladakı seçkiləri müzakirə edib və ölkə tərəflərini dialoqa çağırdığına görə ona təşəkkür edib.
TurkicWorld-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti xəbər verib.
"Dövlət katibi baş katibə Venesuela tərəflərini demokratik normalara sülh yolu ilə keçidi müzakirə etməyə inandırmaq səylərinə görə təşəkkür edib", - deyə bildirilib.
Qeyd olunub ki, Blinken və Quterres "beynəlxalq tərəfdaşlarla koordinasiyada demokratik normaların bərpası üçün inklüziv Venesuela prosesini dəstəkləməyə sadiq olduqlarını" ifadə ediblər.