Son dəqiqə

İran Əfqanıstan

İranla Əfqanıstan sərhəd məntəqəsi bağlanıb

Bakı, TurkicWorld

İranın Əfqanıstanla sərhədində Doğarun xüsusi iqtisadi zonasında güclü yanğın baş verdiyinə görə sərhəd məntəqəsi fəaliyyətini dayandırıb.

TurkicWorld -in məlumatına görə, bunu İranın Rəzəvi Xorasan vilayətinin Taibad rayonu qubernatorunun müavini Məhəmməd Rza Rezayi deyib.

Onun sözlərinə görə, yanğın Doğarun xüsusi iqtisadi zonada yanacaq anbarlarından birində baş verib. Hələlik yanğını söndürmək mümkün olmayıb. Yanğın o qədər güclüdür ki, 18 km məsafədən müşahidə olunmaqdadır.

Rezayi bildirib ki, yanğın səbəbindən Doğarun xüsusi iqtisadi zonası, gömrüyü və sərhəd bazarı istiqamətində hərəkət edən avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Qeyd edək ki, Doğarun gömrük sərhəd məntəqəsi İranın beş əsas gömrük məntəqəsindən biri hesab olunur.

Mövzuya görə xəbərlər