Son dəqiqə

Fransa

Fransa XİN vətəndaşlarını təcili olaraq Livanı tərk etməyə çağırıb

Bakı. TurkicWorld:

Fransa Xarici İşlər Nazirliyi ötən gecə "Hizbullah"ın İsrailə onlarla raket atmasından sonra Fransa vətəndaşlarına Livanı mümkün qədər tez tərk etməyi tövsiyə edir.

TurkicWorld-un məlumatına görə, bu barədə Nazirlik tərəfindən yayımlanan sənəddə bildirilib.

"Yaxın Şərqdə hərbi eskalasiya riski ilə əlaqədar Fransa vətəndaşlarına Livana getməmək tövsiyə olunur", - deyə qeyd olunub.

Nazirlik Livandakı Fransa vətəndaşlarını “son dərəcə sayıq olmağa” çağırıb.

Mövzuya görə xəbərlər