Bakı, TurkicWorld
ABŞ-nin müdafiə naziri Loyd Ostin 2001-ci il 11 sentyabr tarixli terror aktında ittiham olunan 3 nəfərlə məhkəməyə qədər razılaşma imzalanmasını ləğv edib.
TurkicWorld xəbər verir ki, bu barədə məlumat Pentaqonun saytında dərc olunub.
"Səlahiyyətlərimdən istifadə edərək, bununla qeyd olunan iş üzrə 31 iyul 2024-cü il tarixində imzaladığınız üç məhkəməyəqədərki razılaşmadan imtina edirəm", - Ostin hərbi komissiya çağırmağa görə məsul olan Syuzan Eskalyeyə ünvanladığı məktubda deyib.
Qeyd olunub ki, Pentaqon rəhbərinin qərarı dərhal qüvvəyə minir.