Bakı, TurkicWorld
Diplomatik münasibətlərinin hətta mövcud olmadığına baxmayaraq, Rusiya Gürcüstanla dialoqa hazırdır.
TurkicWorld xəbər verir ki, bu açıqlama ilə Rusiya Federasiya Şurasının (FŞ) sədri Valentina Matviyenko qanunverici orqanın 2024-cü il üzrə yaz sessiyasının fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat-konfransında çıxış edib.
"Əgər Gürcüstan tərəfinin dialoqa istəyi olarsa, biz elə indi buna hazırıq. Bu, parlamentarilərin missiyasıdır, onlar elə bunun üçün, parlament diplomatiyasını aparmaq, körpüləri bərpa etmək məqsədilə seçilirlər", - deyə V. Matviyenko bildirib.
Oktyabrda Gürcüstanda parlament seçkilərinin keçiriləcəyini xatırladan FŞ spikeri qeyd edib ki, Qərb "məlum ssenariləri, alətləri istifadə etməklə" bu prosesə müdaxilə etməklə məşğuldur.
"Gürcüstanda belə vəziyyət olmasına baxmayaraq, Rusiyada gürcü xalqına necə hörmət vardısa, həmin hörmət elə də qalıb. Gürcü xalqı bizə yaxındır, dostdur. Baxaq görək seçki kampaniyası necə bitəcək", - deyə Matviyenko vurğulayıb.