Son dəqiqə

Fransa Emmanuel Makron

Makron prezidentlik müddətinin sonuna qədər Fransaya rəhbərlik etmək niyyətindədir

Bakı, TurkicWorld

Fransa prezidenti Emmanuel Makron bildirib ki, prezidentlik müddətinin sonuna qədər ölkəyə rəhbərlik edəcək.

TurkicWorld xəbər verir ki, Makron bu barədə "France 2" telekanalının efirində açıqlama verib.

"Fransalılar bu postu mənə ikinci dəfə etibar etdilər və mən prezidentlik müddətimin sonuna qədər öhdəliklərimi yerinə yetirəcəyəm", - o deyib.

Makron həmçinin bildirib ki, ölkədəki siyasi qüvvələr razılığa gələ bilsələr, Fransa Milli Yığıncağının (parlamentin aşağı palatası) buraxılmasından söhbət getməyəcək.

"Çoxluğun formalaşdıra biləcəyi qüvvələr sabitlik istəyirsə, parlament buraxılmayacaq", - o deyib.

Qeyd edək ki, Makron 2017-ci ildən Fransa prezidentidir. O, 2022-ci ildə ikinci dəfə prezident seçilib.

Mövzuya görə xəbərlər