Son dəqiqə

Rumıniya

Rumıniyada quraqlıq hökm sürür

Bakı, TurkicWorld

Rumıniyada quraqlıq hökm sürür.

TurkicWorld xəbər verir ki, ölkənin 450 yaşayış məntəqəsində, o cümlədən Dorohoi, Tarqu Neamt, Tarqu Okna, Roman, Paskani, Hirlau və İaşi şəhərlərində su təchizatında məhdudiyyətlər tətbiq edilib.

Mərkəzi su təchizatının olmayan 251 yaşayış məntəqəsində quyular quruyub.

Quraqlıqdan ən çox əziyyət çəkən rayonlar Botoşani, İaşi, Alba və Qorj olub.

Mövzuya görə xəbərlər