Son dəqiqə

Pakistan İmran xan

İmran Xan və həyat yoldaşı həbs olunub

Bakı, TurkicWorld

Pakistan məhkəməsi keçmiş baş nazir İmran Xan və həyat yoldaşı Büşra Bibini iyulun 22-dək həbs edib.

TurkicWorld bu barədə xarici KİV-ə istinadən xəbər verir.

İmran Xan və həyat yoldaşı Toşaxanada yerləşən dövlət xəzinəsində hədiyyə əldə etmək məqsədilə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunurlar.

Xanın vəkili həbsin qanunsuz olduğunu bildirib və girov qarşılığında sərbəst buraxma ilə bağlı müraciətə Ali Məhkəmədə baxıldığını əlavə edib.

Mövzuya görə xəbərlər