Son dəqiqə

Milli Məclis Pakistan

Parlament Azərbaycanla Pakistan arasında Preferensial Ticarət Sazişini təsdiqləyəcək

Bakı, TurkicWorld

Milli Məclisə "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında" qanun layihəsi daxil olub.

TurkicWorld xəbər verir ki, layihə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Mövzuya görə xəbərlər