Pakistan Türkiyə Ticarət nazirliyi

Türkiyənin Pakistana xalça ixracı artıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin Pakistana xalça ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 138 faiz artaraq, 1,5 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin avqust ayında Türkiyə Pakistana 115,7 min dollar məbləğində xalça ixrac edib ki, bu da ötən ilin eyni dövri ilə müqayisədə 24,8 faiz azdır”, – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz artaraq, 1 milyard 836 milyon dollara bərabər olub.

“Bu ilin avqust ayında Türkiyə 231 milyon dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 1 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2023-avqust 2024) Türkiyə 2 milyard 888 milyon dollar məbləğində xalça ixrac edib.

Mövzuya görə xəbərlər