Son dəqiqə

Türkiyə Ticarət nazirliyi

Türkiyədən İrana polad ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-dekabr aylarında Türkiyədən İrana polad ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 30,4 faiz azalaraq, 39 milyon 39 min 17 dollara bərabər olub.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin dekabr ayında Türkiyə İrana 2 milyon 520 min 6 dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da 2023-cü ilin eyni dövri ilə müqayisədə 47,6 faiz azdır”, – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin dünya bazarlarına polad ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 8,7 faiz artaraq, 16 milyard 149 milyon 331 min dollara bərabər olub.

“2024-cü ilin dekabr ayında Türkiyə 1 milyon 446 min 369 dollar məbləğində polad ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 7,3 faiz çoxdur,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, 2024 son 12 ayı ərzində (dekabr 2023 – dekabr 2024) Türkiyə 16 milyard 149 milyon 331 min dollar məbləğində polad ixrac edib.

Mövzuya görə xəbərlər