Son dəqiqə

Türkiyə Ticarət nazirliyi

Türkiyədən Qazaxıstana dəri ixracı artıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – dekabr aylarında Türkiyədən Qazaxıstana dəri ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13,4 faiz artaraq, 47 milyon 904 min 58 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin dekabr ayında Türkiyədən Qazaxıstana 2 milyon 975 min 17 dollar məbləğində dəri ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 16,8 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,9 faiz azalaraq, 1 milyard 526 milyon 663 min dollara bərabər olub.

“Keçən ilin dekabr ayında Türkiyə 110 milyon 163 min dollar məbləğində dəri ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 4,6 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, 2024-cü ilin son 12 ayı ərzində (dekabr 2023-dekabr 2024) Türkiyə 1 milyard 526 milyon 663 min dollar məbləğində dəri ixrac edib.

Mövzuya görə xəbərlər