Son dəqiqə

Pakistan Türkiyə Ticarət nazirliyi sement

Türkiyənin Pakistana sement məhsulları ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin Pakistana sement məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 56,9 faiz azalaraq, 1,2 min dollar olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin avqust ayında Türkiyə Pakistana 5,9 min dollar məbləğində sement məhsulları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 97,6 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin dünya bazarlarına sement məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 8,4 faiz azalaraq, 2 milyard 889 milyon dollara bərabər olub.

“Bu ilin avqust ayında Türkiyə 364 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 7,8 faiz azdır,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2023 – avqust 2024) Türkiyə 4 milyard 333 milyon dollar məbləğində sement məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər