Son dəqiqə

Ermənistan ABŞ hərbi təlimlər Eagle Partner 2024

Ermənistan-ABŞ birgə təlimlərinə start verilib

Bakı, TurkicWorld

Ermənistan-ABŞ birgə təlimlərinə start verilib.

TurkicWorld xarici mediaya istinadən xəbər verir ki, "Eagle Partner 2024" adlı təlimlər Ermənistanda keçirilir.

Təlimlərdə Ermənistan silahlı qüvvələrinin, ABŞ Quru Qoşunlarının Avropa və Afrikadakı birliklərinin və Kansas Milli Qvardiyasının hərbçiləri iştirak edirlər.

Birgə təlimin məqsədi beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında koordinasiyanın səviyyəsinin yüksəldilməsi, idarəetmə və kommunikasiya sahəsində təcrübə mübadiləsi, o cümlədən Ermənistan hərbçilərinin döyüş hazırlığının artırılmasıdır.

Mövzuya görə xəbərlər